Logo

KTMT sülhməramlılarının Qazaxıstanı tərk etməsi başa çatıb

AXCTV.az - 19 Yanvar 2022 12:22

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingentinin sonuncu hərbçiləri Qazaxıstanı tərk edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, ölkəni sonuncu tərk edən hərbçilərin arasında sülhməramlı kontingentin komandanı, general-polkovnik Andrey Serdyukov da olub.

Xatırladaq ki, KTMT-nın sülhməramlı kontingenti Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə yanvarın 6-da ölkəyə gəlib.

Qazaxıstana KTMT-ya üzv Rusiya, Belarus, Qırğızıstan, Ermənistan və Tacikistanın sülhməramlı kontingenti yerləşdirilmişdi.

Xəbər lenti

IMG