Logo

Transplantasiya üzrə Koordinasiya Mərkəzi fəaliyyətə başlayacaq

AXCTV.az - 28 Dekabr 2021 19:34

““İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanuna uyğun olaraq transplantasiya ilə bağlı donorlar və resipiyentlərin, yəni müalicə məqsədilə donor orqanı köçürülən şəxslərin ümumi respublika bazası yaradılacaq”.

Bunu APA-ya açıqlamasında səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev bildirib.

T. Musayev deyib ki, bu sahədə Koordinasiya Mərkəzi fəaliyyətə başlayacaq: “Koordinasiya Mərkəzi fəaliyyətə başlayandan sonra bu sahədə hər şey şəffaf şəkildə olacaq”.

Qeyd edək ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun gələn il yanvarın 1-dən qüvvəyə minir.

Xəbər lenti

IMG