Logo

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

AXCTV.az - 22 Dekabr 2021 14:25

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 mart saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 yanvar saat 06:00-dək idi.

Xəbər lenti

IMG