Logo

Bu il Azərbaycanda narkotiklərə görə 50-dən çox əcnəbi tutulub

AXCTV.az - 26 Noyabr 2021 14:16

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı bu ilin 10 ayında cinayət məsuliyyətinə 5021 nəfər cəlb edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib ki, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 51 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 21-i İran İslam Respublikası, 11-i Gürcüstan, 10-u Rusiya, 4-ü Türkiyə, 3-ü Ukrayna, 1-i Hindistan və 1-i isə Pakistandandır. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 343 kq və 5004 ədəd müxtəlif növ narkotik vasitə, psixotrop maddə və 1580 ədəd güclü təsir edən maddə götürülüb.

Xəbər lenti

IMG