İndiyədək “YAŞAT” Fondu tərəfindən Türkiyədə müalicə olunmaq üçün 145 qazi göndərilib.
Bunu "Zəfər yarmarkası"nda" jurnalistlərə açıqlamasında "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov bildirib. Onun sözlərinə görə, 103 qazi müalicə olunaraq Vətənə qayıdıb, 42 qazinin isə müalicəsi davam edir.