Logo

Nazir müavini: Azərbaycan BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü reallıqlara uyğun qiymətləndirəcək

AXCTV.az - 14 May 14:08

Azərbaycan BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü məsələsini dəyişən reallıqlara uyğun olaraq qiymətləndirəcək.

Bu, Milli Məclisin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.

Nazir müavini bildirib ki, Azərbaycan xarici siyasətini öz milli maraqlara uyğun quran dövlətdir: “Azərbaycan beynəlxalq təşkilatlara üzvlüyünü də bu baxımdan düşünüb qərar verir.

Konkret olaraq, hansısa regional təşkilatla bağlı mövqe ifadə etməkdən çəkinir. Təbii ki, artıq ikiqütblü dünyadan çoxqütblü dünyaya keçid prosesindəyik. Bu qütblərdə regional təşkilatların rolu artacaq. Türk Dövlətləri Təşkilatı bunun nümunəsidir, əhəmiyyəti və bu təşkilata maraq artıb. BRİCS, Şanxay Əməkdaşlıq Təşkilatı da həmçinin belədir. Azərbaycan da təbii ki, bu təşkilatlara üzvlüyü də məhz dəyişən reallıqlara uyğun olaraq qiymətləndirəcək”.

Xəbər lenti

IMG