Logo

Söyüdlüdə tullantı anbarının genişləndirilməsi üçün hökumətdən icazə alınıb

AXCTV.az - 6 Avqust 2024 12:12

Azərbaycanda qızıl, mis və gümüş istehsalçısı "Anglo Asian Mining"in törəmə şirkəti "Azerbaijan International Mining Company Limited" ("AIMC") Gədəbəydə tullantı anbarının genişləndirilməsi üçün Azərbaycan hökumətindən icazə alıb.

Bunu şirkətin baş icraçı direktoru Rza Vəziri deyib.

O bildirib ki, avqustun 5-də Azərbaycan hökumətindən mövcud tullantı bəndinin divarını qaldırmaq üçün icazə alınıb. Tikintinin bütün sağlamlıq və təhlükəsizlik tələblərinə cavab verəcəyi də təsdiqlənib. Tullantı bəndinin divarının artırılması işlərinə tezliklə başlanılacaq.

R. Vəziri onu da əlavə edib ki, təxminən bir həftə ərzində yenidən tam hasilata başlamağı planlaşdırırlar.

Xəbər lenti

IMG