Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. Hərəkətdə olan "KİA SERANTO" ilə "TOYOTA " markalı minik avtomobilləri toqquşub. Qəzadan sonra minik maşınlarından biri yoldan çıxaraq aşıb. Nəticədə 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.