Bakının Nərimanov rayonunda əlbəyaxa dava baş verib. Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə "Nərimanov" metrostansiyası yaxınlığında, dönərxanalardan birinin qarşısında qeydə alınıb. Bir qrup şəxs gecə saat 03:00 radələrində əlbəyaxa dava edərək asayişi pozublar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, yayılan görüntülərdə əks olunan mübahisənin təfərrüatları ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.