Logo

ÜST-ün rəhbəri Azərbaycan Prezidentinə təşəkkür edib

AXCTV.az - 9 Mart 2023 11:25

“Azərbaycan Prezidentinə təşəkkür edirəm, müəyyən səbəblərdən Forumda iştirak edə bilmirəm”.

Bu barədə bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumunda ÜST-ün baş direktoru Tedros Adhanom Ghebreyesus videomesajında bildirib.

Tedros Adhanom Ghebreyesus deyib ki, problemləri bizi birləşdirən meyar kimi götürməli, ümumi səhiyyəyə diqqət yetirməliyik: “Səhiyyənin siyasiləşdirilməsi yolverilməzdir, vahid proqram gərəklidir. Vacibdir ki, ölkələr arasında danışıqlar getsin və səhiyyə ilə bağlı ümumi qaydalar müəyyənləşsin”.

ÜST-ün baş direktoru qeyd edib ki, bu gün çağırışlar öncəki dövrlərlə müqayisədə azalmayıb: “Bunlar bizi ayırmamalı, birləşdirməlidir”.

Xəbər lenti

IMG