Ötən gün səhər saatlarından Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə qeydə alınan yanğın hadisəsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.Axc-nin Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hazırda davam etdirilən yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, həmçinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup kənd sakini də iştirak edir. Altı ayda təbii və texnogen mənşəli hadisələr nəticəsində həlak olanların sayı açıqlanıb Tanınmış telejurnalist həkimi məhkəməyə verib Ucarda karantin qaydalarını pozan toy sahibləri inzibati qaydada məsuliyyətə cəlb olunublar Relyefin mürəkkəbliyi və havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.