Logo

Siyarto: Ukraynada tez bir zamanda atəşkəsin əldə olunmasını istəyirik

AXCTV.az - 27 Fevral 2023 11:40

"Ukraynada tez zamanda atəşkəsin əldə olunmasını istəyirik".

Bunu Ankarada səfərdə olan Macarıstanın xarici işlər naziri Peter Siyarto türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Ukraynadakı müharibənin ağır nəticələri var. "Biz Ukraynada atəşkəsin olmasını və sülh danışıqlarının tez zamanda başlamasını istəyirik. Danışıqlar vasitəçiliklə mümkündür, Türkiyə artıq bunu sübut edib. Türkiyənin vasitəçiliyi ilə "Taxıl sazişi" əldə olundu", - o deyib.

Xəbər lenti

IMG