Logo

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib

AXCTV.az - 7 Oktyabr 2022 09:55

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Maliyyə Nazirliyi açıqlama yayıb.

Sanksiyalar 80-dən artıq fiziki şəxsə və 9 təşkilata şamil edilib.

Siyahıda Rusiyanın “Kalaşnikov” konserni, “Roselektronika” holdinqi, Ramzan Kadırov, Mixail Mişustin, Dmitri Medvedev, Valentina Matvienko və Sergey Şoyqunun qohumları da var.

Xəbər lenti

IMG