Logo

Yanğınsöndürənlərimiz Marmarisdə yanğınların qarşısını alıb - Fotolar+Video

AXCTV.az - 3 Avqust 2021 12:34
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Türkiyədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını davam etdirir. "Qafqazinfo" xəbər verir ki, Marmaris bölgəsində yanğınlarla mübarizə aparan yanğınsöndürənlərimizin fədakarlığı sayəsində bəzi istiqamətlərdə yanğınların genişlənməsinin qarşısı alınıb. Mürəkkəb dağlıq relyef şəraitinə və havanın yüksək temperaturunun hökm sürməsinə baxmayaraq, Nazirliyin qüvvələri yanğınlarla mübarizəni davam etdirir.

Xəbər lenti

IMG