Logo

“ Niyə nazir Sahil Babayev 2 ildir Qarabağ qazilərini qəbul etmir?!”

AXCTV.az - 11 İyul 2022 20:00

“Qarabağ qazilərinin intihar xəbəri, özünə qəsd, özünü yandırma artıq intensiv xarakter almaqdadır. Demək olarki bir necə gün fasilərlə biz 44 günlük Vətən müharibəsində işğalda olan torpaqlarımızın 96%-ni geri qaytaran, öz əzalarından keçən, canlarından, qanlarından keçmiş qazilərimizin, veteranlarımızın acı xəbərini almaqdayıq. Bütün bunları bizi bir cəmiyyət olaraq narahat etmiyə bilməz! Baş verənlərə sosial şəbəkədə yüz minlərlə insan etiraz edir. Bu gün təəssüf hissi ilə növbəti qazimiz Cəfərov Elvin Zakir oğlunun intihara cəhd etməsinə şahidlik etdik. Bunun qarşısı nə zaman alınacaq?! Kim bunun dur deyəcək?!” –bu açıqlamanı “Xalq Cəbhəsi.az” saytına BAXCP sədrinin müavini, QHT sədri, AXC TV-nin baş redaktoru Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, bununla bağlı facebook profilində yazdığı statusa xeyli rəylər yazılıb:” Hər kəsi düşündürən bir sual var. Niyə 44 günlük Vətən müharibəsində 2 il keçməsinə baxmayaraq hələ də Əhalinin Sosial Müdafiəsi Naziri olan nazir Sahil Babayev Qarabağ qazilərini şəxsən qəbul etmir?! Səbəb nədir?! Ölkədə elə bir təbəqə qalmayıb ki, qazilərin problermindən danışmasın, mətbuatda, Parlamentdə, televiziyalarda, sosial şəbəkələrdə. Sahil Babayev artıq 5 ildir nazir işləyir. Hər il də Milli Məclisdə hökümətin hesabatında görürük ki, yoxsul təbəqəyə ayrılan vəsait geri ,büdcəyə qaytarılır. 2021-ci il üçün rəsmi olaraq Sahil Babayev 168 milyon manat vəsaiti geri qaytarıb. Bilirsiniz bu nə deməkdir? Minlərlə aztəminatlı ailələrin, yoxsulluq içində olan insanların pulunun geri qaytarılmasıdır. Bu 5 ildə biz görmədik ki, yoxsul təbəqənin qapsını açsın, onların bayramlarını təbrik etsin. Bu gün də Sahil Babayevin nazirliyi rəsmi açıqlama verib ki, qazimiz Elvin Cəfərova ayda 958 manat müavinət verirlərmiş. Adam dərhal fikirləşir ki, 958 manat pul alan qazi özünü niyə yandırsın ki? Elvinin özü isə mətbuata açıqlama verib ki, anamın pensiya kartına möhtacam idim. Düşünürəm ki, nazir Sahil Babayev qaziləri şəxsən qəbul etməlidir və onların problemləri ilə ciddi şəkildə məşğul olmalıdır!”

Xəbər lenti

IMG