Logo

Azərbaycanda əmanətlərin dollarlaşması 8 illik minimuma enib

AXCTV.az - 22 Fevral 2022 15:38

Bu ilin yanvarın 31-nə Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 9 635,8 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 17,5% çoxdur.

“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, əmanətlərin 39,3%-i xarici valyutadadır, bu da aylıq müqayisədə 1,7 faiz bəndi, illik müqayisədə isə 11,4 faiz bəndir azdır.

Qeyd edək ki, əmanətlərinin dollarlaşma səviyyəsi 2013-cü ilin dekabr ayından bəri ən aşağı səviyyəyə enib.

Xəbər lenti

IMG