Logo

Tehranda binada partlayış olub, 9 nəfər ölüb

AXCTV.az - 17 Fevral 2022 12:57

İranın paytaxtı Tehran şəhərində baş vermiş partlayışda 9 nəfər ölüb, 9 nəfər yaralanıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, hadisə Tehranın Robat Kərim bölgəsində 3 mərtəbəli binada baş verib.

Məlumata görə, partlayışa qaz sızması səbəb olub.

Partlayış nəticəsində bina tamamilə dağılıb.

Dağıntılar altında qalanların xilas edilməsi üçün işlər davam etdirilir.

Xəbər lenti

IMG