Xarici ölkələrdən olan bir qrup tanınmış səyyah işğaldan azad edilmiş Şuşa şəhərinə səfər edib.
Xocalı soyqırımının 30 illiyi ərəfəsində təşkil olunmuş səfər çərçivəsində tanınmış səyyahlardan ibarət geniş heyət Şuşa şəhəri ilə tanışlığa başlayıb.
Daha sonra nümayəndə heyəti Ağdam, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilana səfər edəcək.
Qonaqlara işğal müddətində Azərbaycanın maddi-mədəni irsinin, tarixi, dini abidələrinin ermənilər tərəfindən dağıdıldığı, yaşayış məntəqələrinin yer üzündən silindiyi barədə ətraflı məlumatlar veriləcək, insanlıq əleyhinə cinayətlərin izləri əyani nümayiş etdiriləcək.