Astronavtların Ayın kəşf edilməyən hissələrini araşdırması üçün Yerin peykində evlər tikilməlidir. Bu çərçivədə Avropa Kosmik Agentliyi (ESA) Ayda tikiləcək evlərin şəkillərini yayımlayıb. Paylaşılan şəkillər adətən insana fantastika filmlərini xatırladır.
Daha öncə NASA, 2024-cü ilə qədər Aya bir kişi və bir qadın olmaqla iki astronavt göndərəcəyini açıqlamışdı. NASA, 9 dekabrda Artemis adı verilən kosmik missiyaya uyğun hesab etdiyi 18 astronavtın adlarını açıqlayıb. Artemis kosmik missiyasının bir hissəsi Ayda davamlı bir koloniya qurmağı əhatə edir.
Ayda evlər nə vaxt tikiləcək?
Yerin peykində qurulacaq koloniyada mühəndislərin kraterlərdə olan buzlaqlardan su çıxarmaq kimi aydakı qaynaqlardan necə istifadə ediləcəyini öyrənmələri planlaşdırılır.
Avropa Kosmik Agentliyinin (ESA) məsləhətçisi Aidan Cowley açıqlamasında “Bu olmalıdır. Çünki həqiqətən Ayın, Marsın və ya başqa bir yerin kəşf edilməsi məsələsinə ciddi yanaşırıqsa bu, tezliklə mənimsəməyimiz lazım olan bir texnologiyadır” deyə qeyd edib.
ESA məsləhətçisi Cowley-in verdiyi açıqlamaya əsasən, astronavtların yaşaya biləcəyi silindrik evlərin inşası 10 il müddətində başlayacaq. Ancaq sözügedən strukturların radiasiyaya davamlı bir şəkildə qurulması lazımdır.
Missiya, Ayın əvvəllər kəşf edilməmiş bölgələrini araşdırmaq və digər astronavtların gələcəkdə Marsa gedə biləcəyi bir baza qurmaq məqsədi daşıyır.
Yer peykində tikiləcək evlərin görünüşü barədə nə düşünürsünüz? Paylaşılan fotolar barədə düşüncələrinizi aşağıdakı rəy bölməsində bizimlə paylaşa bilərsiniz.