Logo

Qualcomm növbəti Snapdragon Elite flaqman prosessorunun təqdimat tədbirini anons edib

AXCTV.az - 20 May 13:06

Computex 2025 beynəlxalq sərgisində Qualcomm şirkəti Snapdragon 8 Elite 2 flaqman prosessorunu təqdim ediləcəyi tədbiri elan edib. 23-25 sentyabr tarixlərində keçiriləcək Snapdragon Summit tədbirində şirkət bu prosessor barədə bütün detalları açıqlayacaq. Məlumdur ki, bu prosessor TSMC şirkətinin N3P adlı 3 nanometrlik texnoloji prosesi əsasında, Nuvia nüvələri ilə hazırlanır və əvvəlki eyni səviyyəli model ilə müqayisədə 26% daha yüksək performans və 30% daha sürətli qrafika təqdim edəcək. Gözlənilir ki, Snapdragon 8 Elite 2 cihazların enerji effektivliyini artıracaq və süni zəka üzrə qabaqcıl funksiyaları dəstəkləyəcək. Bu xüsusiyyətlər onu 2026-cı ilin flaqman cihazları üçün ideal prosessor halına gətirir.

Xəbər lenti

IMG