Logo

“Gmail” e-poçt xidməti 20 yaşını qeyd edir

AXCTV.az - 2 Aprel 2024 00:29

“Google” brauzerinin e-poçt xidməti olan “Gmail” 2004-ci il 1 aprel tarixində fəaliyyətə başlayıb. “Java” və “Java Script” ilə hazırlanan xidmət bu gün 20-ci yaşını qeyd edir.

Mühüm mərhələnin ildönümü ilə yanaşı, “google” qlobal miqyasda “Gmail” istifadəçilərinə fayda verəcək yeni təhlükəsizlik tədbirlərinə də start verir.

İyirmi ildir sürətlə irəliləyən və təxminən 1,2 milyard istifadəçisi olan “Gmail” e-poçt xidmətindən istifadə etmək üçün əvvəllər xüsusi icazə lazım idi. Lakin indi arzu edən hər kəs bu xidmətdən sərbəst surətdə faydalana bilir.

Xəbər lenti

IMG