Yenilənmiş Mac Pro ilə yanaşı Apple yeni Mac Studio-nu da təqdim edib. Yeni Mac Studio iki versiyada təqdim edilib. Onlardan biri M2 Max, digəri isə M2 Ultra prosessoru vasitəsilə çalışır. M1 Max vasitəsilə çalışan Mac Studio-dan fərqli olaraq M2 Max vasitəsilə çalışan Mac Studio-nun CPU tərəfi 20%, GPU tərəfi isə 50% daha sürətlə çalışır. Bununla yanaşı M2 Max vasitəsilə çalışan Mac Studio Intel prosessoru vasitəsilə çalışan istənilən ən güclü iMac-dan 4 dəfə daha sürətlə çalışır.