Logo

Analitiklər Apple Vision Pro barəsində fikirlərini söyləyiblər

AXCTV.az - 8 İyun 2023 11:11

TrendForce şirkətinin analitiklərinin proqnozlarına əsasən Apple şirkəti gələn il 200 000 ədəd Vision Pro sata biləcək. Şirkətin yeni məhsulu öz eleqant dizaynı və yüksək texniki performansı ilə alıcıların diqqətlərini çəkə bilər. Bu halda o, AR və VR sahədə əsl inqilab yaratmaq potensialına sahibdir. Lakin Vision Pro-nun istehsalat çətinliyi səbəbilə Apple onun satışlarını bu ilin dördüncü rübünə deyil, gələn ilin əvvəlinə təyin edib.

Analitiklərin fikirlərinə əsasən bazarın bu yeni cihaza reaksiyası Apple şirkətinin onun daha sadələşdirilmiş versiyasını təqdim edib-etməyəcəyindən və bu cihaz çərçivəsində gündəlik istifadə üçün nəzərdə tutulmuş çoxlu sayda faydalı funksiyanı istifadəyə verib-verməyəcəyindən asılı olacaq. TrendForce analitikləri əmindirlər ki, yüksək texniki imkanlara sahib olmasına baxmayaraq yüksək satış qiyməti və xarici batareya hesabına cəmi 2 saat ərzində çalışma faktorları Vision Pro-nun istehlakçı bazarındakı aparıcı mövqelər tutmasına mane ola bilərlər.

Xəbər lenti

IMG