Santiago adlı mühəndis Boston Dynamics şirkətinin dördayaqlı robotu olan Spot-a süni zəka əsaslı ChatGPT çat-botunu və Google text-to-speech sistemini inteqrasiya edib. Bunun sayəsində robot səs vasitəsilə insanlarla ünsiyyət qura bilir. Mühəndisin sözlərinə əsasən Spot robotu ChatGPT vasitəsilə məlumatları analiz edə və sürətli şəkildə cavabları tərtib edə bilir. Səsin tanınması üçün robot Whisper adlı sistemdən istifadə edir. Qeyd etmək lazımdır ki, Spot bir çox tapşırıqların yerinə yetirilməsində istifadə edilir və o, gün ərzində böyük həcmdə məlumat yığır. Həmin məlumatları isə sürətli şəkildə emal etmək qəliz məsələdir.