Logo

Rəşad Nəbiyev ABŞ-nin Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi ilə görüşüb

AXCTV.az - 4 Aprel 2023 18:14

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan ABŞ-nin Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataraman ilə görüşüb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, görüş zamanı iki ölkə arasında İKT, innovasiyalar, kibertəhlükəsizlik, aviasiya və dəmir yolu nəqliyyatı istiqamətlərində əməkdaşlıq müzakirə edilib. Eyni zamanda Orta Dəhlizin əhəmiyyəti barəsində fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin İKT və innovasiyalar sahələrində əlaqələrin genişləndirilməsi, birgə təlimlərin keçirilməsi haqqında danışılıb.

Xəbər lenti

IMG