Logo

Whatsapp-ın beta versiyasında 3 yeni funksiya istifadəyə verilib

AXCTV.az - 13 Mart 2023 18:28

Whatsapp-ın beta versiyasında bir neçə yeni funksiya aşkar edilib. Onlar messencerin stabil versiyasında istifadəyə verilmədən öncə onun beta versiyasında test mərhələsindən keçirlər. Məlumatda qeyd edilib ki, messencerin beta versiyasına 3 yeni funksiya istifadəyə verilib. Birinci funksiya Expiring Groups adını əldə edib və o, qrup çatlarını əhatə edir. Belə ki, bu funksiya vasitəsilə istifadəçi bu və ya digər qrup çatında mövcud olma müddətini təyin edə biləcək. Təyin edilmiş müddət bitdikdən sonra istifadəçi avtomatik olaraq qrup çatından çıxarılacaq. Messencerdə reallaşdırılacaq ikinci yenilik mətnlərin redaktoru ilə bağlıdır.

Xəbər lenti

IMG