Logo

Süni zəka əsaslı ChatGPT çat-botu pilotsuz uçuş aparatlarını və robotları idarə etməyi öyrənib

AXCTV.az - 13 Mart 2023 18:26

Microsoft şirkətinin mühəndisləri süni zəka əsaslı ChatGPT çat-botuna yeni bacarıq öyrədiblər. Qeyd etmək lazımdır ki, sözügedən çat-bot istifadəçilər ilə ünsiyyət qura, internetdə məlumatlar axtara, müxtəlif növ mətnlər, kontentlər və hətta proqram təminatı kodu tərtib edə bilər. İndi isə ChatGPT pilotsuz uçuş aparatlarının və robotların operatoru rolunda çıxış etməyi öyrənib. Belə ki, Microsoft mütəxəssisləri çat-bota mətn formatında əmrlərdən istifadə edərək dronları və robotları idarə etməyi öyrədiblər.

Xəbər lenti

IMG