Bloomberg saytının məşhur analitiki Mark Gurman gələcək Apple AirPods naqilsiz qulaqlıqlarının bəzi funksiyaları barəsində məlumat verib. Beləliklə Gurman-ın sözlərinə əsasən yaxın 1 və ya 2 il ərzində Apple şirkəti AirPods-u yeniləyərək ona eşitmə qabiliyyətini yaxşılaşdıracaq bir neçə funksiya inteqrasiya edə bilər. Bu üsul ilə şirkət ənənəvi eşitmə aparatlarını AirPods ilə əvəzləmək istəyir. Ümumiyyətlə Apple son illərdə bu istiqamətlərdə aktiv şəkildə çalışır. Məsələn, şirkət AirPods-da eşitmə qabiliyyətinə hədəflənmiş bir neçə funksiyanı istifadəyə verib.
Onlara misal olaraq Live Listen və Conversation Boost funksiyalarını gətirmək olar. Sözgüedən funksiyalar ikinci şəxsin danışıq səsinin gücünü artırmaq üçün nəzərdə tutulub. Lakin bu funksiyalar ABŞ-ın FDA orqanı tərəfindən təsdiqlənməyib. Buna görə də onlar eşitmə aparatlarının əvəz edilməsi üçün nəzərdə tutulmayıblar. Apple şirkətinin səhiyyə sahəsindəki məqsədlərini nəzərə almaqla Gurman düşünür ki, yaxın gələcəkdə AirPods bu cür tibbi imkanları rəsmi şəkildə öz üzərinə götürəcək.