Logo

"iPhone"nun üç modeli iOS 17 yeniləməsini almayacaq

AXCTV.az - 23 Fevral 2023 12:05

Apple bəzi köhnə “iPhone” modellərində iOS 17 yeniləməsi üçün dəstəyi dayandıracaq.

Uzun müddətdir texnoloji məhsullarına proqram təminatı dəstəyi ilə tanınan şirkətin A11 Bionic prosessorlu modellər üçün proqram dəstəyini dayandırması gözlənilir.

A11 Bionic prosessoru ilə təchiz edilmiş və iOS 17 almayacaq “iPhone” modelləri aşağıdakılardır:

1) iPhone 8

2) iPhone 8 Plus

3) iPhone X

“Bloomberg”dən “Apple” analitiki Mark Qurman bu yaxınlarda iOS 17 yeniləməsi üçün hər hansı böyük yenilik gözləməyin düzgün olmayacağını açıqlayıb. Çünki Qurman texnoloji şirkətin bu il virtual reallıq sahəsində intensiv işlədiyini və əsas diqqəti ona yönəltdiyini bildirir.

Xəbər lenti

IMG