Logo

Azərbaycanda ən populyar mobil telefon markası hansıdır?

AXCTV.az - 29 İyun 2021 09:37

“Global Stats” analitik şirkətinin məlumatına əsasən, ölkəmizdə ən çox bazar payına sahib mobil telefon markası 49.92 faizlə Samsung olub.

İkinci ən çox satılan mobil telefon markası 24.41 faizlə Xiaomi olub.

Cari ildə Azərbaycan bazarında ən çox satılan mobil telefon markaları arasında üçüncü yerdə Apple məhsulları gəlir. Apple smartfonlarının bazar payı 13.22 faiz təşkil edib.

İlk beşlikdə 4-cü və 5-ci yerlərdə müvafiq olaraq 4.75 faizlə Huawei və 1.22 faizlə naməlum markaların məhsulları qərarlaşıb.

Sonrakı yerlərdə qərarlaşan markaların mobil telefonlarının bazar payı isə aşağıdakı kimidir:

6. LG – 1.13%

7. Nokia – 0.78%

8. Lenovo – 0.75%

9. HTC – 0.58%

10. Sony – 0.39%

Digər – 2.83%

Bəs siz hansı marka mobil telefon istifadə edirsiniz? Cavabınızı rəy bölməsində bizimlə paylaşa bilərsiniz.

Xəbər lenti

IMG