Logo

Horadiz dəmir yolu stansiyasında silah-sursat tapılıb

AXCTV.az - 11 Yanvar 2022 11:26

Horadiz dəmir yolu stansiyası ərazisində silah-sursat aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Horadiz dəmir yolu stansiyası ərazisində 2 ədəd qumbara, 1 ədəd qumbaraatan mərmisi, 1 ədəd “AK-74” markalı avtomat silahı, 1 496 müxtəlif çaplı patron, 1 ədəd “R-392” markalı radiostansiya, 2 ədəd qumbara alışdırıcısı və 3 ədəd patron darağı tapılıb.

Xəbər lenti

IMG