Logo

“Qanunvericiliklə əlaqəli hüquq institutunun yaradlamsına ehtiyac var”

AXCTV.az - 20 Dekabr 2021 17:08

Qüdrət Həsənquliyev: “Biz bununla bir çox problemləri həll edə bilərik”

“Azərbaycan Respublikasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması çox müsbət, mütərəqqi bir qərar idi. Bu nazirlik fəaliyyətə başlayandan sonra ölkəmizdə çoxsaylı milli park və dövlət təbiət qoruqları yaradılıb. Hazırda 10 milli park, 14 dövlət təbiət qoruğu var. Mən vaxtilə də bu məsələni qaldırmışdım. Çox təəssüf ki, nə bu təbiət qoruqlarının, nə də milli parkların hüquqi rejiminə dair Azərbaycan Respublikasında qanun yoxdur”.
Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev səsləndirib. Millət vəkili “ona görə də təklif edirəm ki, biz, bununla bağlı mütləq addım atmalıyıq, - deyə bildirib: “Ya hökumətə müraciət etməliyik ki, hökumət bir layihə göndərsin, ya da özümüz belə bir qanun qəbul etməliyik. Bundan başqa hazırda Azərbaycanda biz bilirik ki, dövlət hakimiyyətində, dövlət idarəetmə orqanlarında nəsillərin əvəzlənməsi prosesi gedir və bu normaldır. Amma bu heç də bəzən bütün sahələrdə heç də mütərəqqi və hamar formada özünü biruzə vermir. Bizə göndərilən qanun layihələrində ciddi çatışmazlıqların olduğunu görürük. Mən bunu da təbii qarşılayram. Bu mümkün və qəbulolunandır. Belə halların qarşısını almaq üçün keçmiş sovet məkanında, məsələn, Rusiyada Nazirlər Kabineti yanında qanunvericiliklə əlaqəli hüquq institutu var. Ukraynada isə qanunvericilik institutu Radanın yanındadır. Qazaxıstanda bu institut Ədliyyə nazirliyinin yanındadır. Bizdə Ədliyyə Nazirliyi yanında qanunvericilk baş idarəsi var. Onun əsasnaməsində də qeyd olunur ki, bu baş idarənin əsas vəzifəsi ondan ibarətdir ki, mövcud qanunların yeni qəbul olunmu qanunlara uyğunluğunu təmin etmək eləsin, bu istiqamətdə təkliflər versin, qanunlara edilən əlavə və düzəlişlər barədə rəylər təqdim eləsin. Amma biz görürük ki, əksər hallarda heç baş idarənin də rəyləri nəzərə alınmır. Ona görə, səmimi olaraq söyləyirəm, Milli Məclisin bundan öncəki sədrləri də çalışıblar ki, imkan daxilində ölkəmiz üçün nələrsə eləsinlər. Siz də Milli Məclisin imicinin dəyişilməsi baxımından, apardığınız diplomatik iş, xarici səfərlər, daxildə aparılan islahatlar göstərir ki, dövlətimiz, ölkəmiz üçün bacardığınz səviyyədə əsl fədakarlıq edirsiniz. Amma bu institun yaradılmasına nail olsaq, bu sizin adınızla qalar. Hesab edirəm ki, cənab Prezidentə müraciət edək, ya Milli Məclisin nəzdində belə bir institut yarada, ya Ədliyyə Nazirliyinin baş idarəsini instituta çevirək, ya Nazirlər Kabineti yanında, ya da Prezident yanında belə bir institut yaradaq. Onu qeyd etmək istəyirəm ki, belə bir institutun yaradlamsına son dərəcə ciddi ehtiyac var. Biz bununla bir çox problemləri həll edə bilərik”.
Əli Zülfüqaroğlu

Xəbər lenti

IMG