Ermənistan Mülki Aviasiya Komitəsi yeni aviareys açacaq.
"Xalq Cəbhəsi" Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu reysi NovAir şirkəti yerinə yetirəcək. Məlumata görə, İrəvan-Qafan-İrəvan reysi 2022-ci il yanvarın 20-dən həftədə 2 dəfə olmaqla uçuşlara başlayır.
Qeyd edək ki, Qafan aeroportu Azərbaycanın dövlət sərhədindən 400 metr uzaqlıqda yerləşir.
Cavid