Zəfər Günü ilə bağlı Amnistiya Aktı hazırlanıb.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən "8 Noyabr - Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında" qərar layihəsinin parlamentin noyabrın 5-də keçiriləcək iclasında müzakirəyə çıxarılması gözlənilir.
Layihə bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin müzakirəsinə çıxarılacaq.