Logo

Çavuşoğlu: “Ermənistanla münasibətlərin normallaşmasına dair addımları Azərbaycanla koordinasiya edəcəyik”

AXCTV.az - 27 Sentyabr 2021 12:26

“Ermənistanın xarici işlər naziri ilə görüş planda yoxdur”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda Türk Şurası XİN başçılarının iclası çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərdən sonra bəzi müsbət mesajlar verib və Türkiyə dövlət başçısı da buna müsbət yanaşıb.

“Bizim əvvəlcədən arzumuz bu idi ki, müharibədən sonra region sülh regionuna çevrilsin. Azərbaycan sülh təklifi ilə çıxış edib. Lakin Ermənistan sülh təklifinə müsbət cavab verməyib. Biz Ermənistanla münasibətlərin normallaşmasına dair addımları Can Azərbaycanla birlikdə koordinasiya edəcəyik”, - deyə M. Çavuşoğlu vurğulayıb.

Xəbər lenti

IMG