Logo

"Ümumdünya Ətraf Mühit Günü”nə ev sahibliyi üçün estafet Azərbaycana ötürülüb

AXCTV.az - 5 İyun 11:10

“Ümumdünya Ətraf Mühit Günü” Koreya Respublikasının ev sahibliyi ilə Jeju adasında keçirilib.

Azərbaycanı tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavininin rəhbərlik etdiyi, Xarici İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də Koreya Respublikasındakı səfirliyimizin nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil edib.

BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən hər il təşkil olunan tədbirdə estafet 2026-cı il “Ümumdünya Ətraf Mühit Günü” tədbirinin ev sahibi olaraq Azərbaycan tərəfindən rəsmən qəbul edilib.

Xəbər lenti

IMG