Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Ermənistan Baş naziri Nikol Paşinyanın “sülh kəsişməsi konsepsiyası” təşəbbüsünə münasibət bildirib.
Milli Məclisin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib ki, bütün dövlətlərin bu cür təşəbbüslərə münasibəti məhz onların səmimiliyindən və müəyyən qədər fonda baş verən siyasi inkişaflardan irəli gələn bir şeydir..
"Burda bütün dövlətlərin münasibəti və hər bir təşəbbüsün gələcək taleyi onun nə qədər səmimi olmasından və bu səmimiyyətin arxasında duran real praktiki addımlardan asılıdır. Bu praktiki addımlara da baxacağıq”, - deyə nazir müavini vurğulayıb.