Logo

Türkiyədə müalicə alan qazilərimizi ziyarət edirlər

AXCTV.az - 17 Avqust 2021 21:44

44 günlük Vətən müharibəsində qazi olmuş bir qurup qazimizin müalicəsi hal-hazırda qardaş Türkiyə dövlətində davam edir. Tükiyədə müalicə alan qazilərimizi Türkiyədə yaşayan xanım soydaşlarımız və onları ailələri ziyarət edir və qazilərimizə mənəvi dəstək olurlar. Türkiyədə müaəlicə alan qazilərimizə- Qurbanov Əbülfət Tanverdi oğluna, Qurbanov Xəyal Elbrus oğluna, Camalov Talehə və digərlərinə tez-tez ziyarət edən şəxslər Aida Qurbanova və həyat yoldaşı Mehmet Ciftcioğlu, Natavan Şadlınskaya və onun həyat yoldaşı İlyaz bəy, Arzu Qurabanı , Gülmira Əhmədova, Səadət xanım, Ramal bəy və digərləri. Xatirladaq ki, qazimiz Əbülfət Qurbanov Füzulinin, Qubadlının, Laçının və Cəbrayılın azad oluması döyüşlərində ştirak edib. Noyabrın 2-də Laçının Güləbird kəndində gedən döyüşlərdə yaralanmışdı. Qazimiz Qurbanov Xəyal Elbrus Oğlu 27 sentaybrdan Vətən müharibəsinə qatılıb, 14 oktabrda Mazdakert yüksəkliyində yaralanmışdı. Qazimiz 12 dəfə ağır əməliyyat keçirib və "Cəsur döyüşçü" və "Suqovşanın azad olunması" medalı ilə təltif olunub. Xanım soydaşkarımız və onların həyat yoldaşlarının qazilərimizə bu cür dəstək çox müsbət hadisə kimi qiymətləndirilir.

Xəbər lenti

IMG