Logo

DSX-nin zabiti Astarada qəza törədərək həyatını itirib - VİDEO

AXCTV.az - 16 Avqust 2021 11:16
Astarada yol-nəqliyyat hadisəsi baş verib, sürücü ölüb. APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza rayonun Şahağacı kəndi ərazisində qeydə alınıb. Bakı sakini olan Əlihüseyn Rafail oğlu Əlizadənin idarə etdiyi 90-MZ-032 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq əvvəl ərazidən keçən qaz xəttinə, sonra isə işıq dirəyinə çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. DSX-nin zabiti - baş leytenant Əlihüseyn Əlizadə ATV-nin tanınmış aparıcısı Vüsalə Əlizadənin qardaşıdır.

Xəbər lenti

IMG