Milli geyimlər və milli ritmlər üzrə yazılı standartlarımız yoxdur.
Bunu bu gün Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı mədəniyyət nazirinin birinci müavini Adil Kərimli deyib.
Onun sözlərinə görə, bununla bağlı ciddi araşdırmalar aparılmalıdır: “Çünki bir müddət sonra unudulacaq. Millətimizin mədəni dəyərlərini qorumaq lazımdır. Biz bilməyəcək ki, milli musiqi nədir, hansı zamana məxsusdur? Kənardan müdaxilələr olacaq. Milli standartlarımızdan biri də milli musiqilər, milli rəqslərdir. Bu millətimizin xarakterini göstərir. Kənardan müdaxilələr olsa, milli ritm və rəqslərimizin itmə ehtimalı var”.