Ermənistanın işğalı nəticəsində böyük dağıntılara məruz qalmış ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb.
Bunu bu gün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində (XİN) keçirilən 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbirində çıxışı zamanı xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Onun sözlərinə görə, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdış prosesi davam etməkdədir.
“Azərbaycanın sülh gündəliyinin qələbəsinə inanırıq”, - nazir müavini vurğulayıb.