AVCİYA prezidenti Elxan Süleymanovdan aldığımız məlumata görə bu günlərdə assosiasiyamızın "Şuşa İli”ndə gerçəkləşdirdiyi layihələr çərçivəsində 4 yeni kitab işıq üzü görüb.
Aktual.az xəbər verir ki, oxuculara təqdim edilən "Şuşa: müxtəsər tarix (1752-2022)” kitabının müəllifi AVCİYA-nın vitse-prezidenti, tarix üzrə elmlər doktoru, professor Məhərrəm Zülfüqarlıdır.
Kitabda Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhərinin 270 illik tarixi öz əksini tapıb. Nəşrdə Şuşanın 1752-ci ildən başlanan tarixi mərhələlərə bölünməklə təhlil edilir.
"Şuşa: ədəbi-mədəni mühit” kitabı müəllifi AVCİYA-nın vitse-prezidenti, filologiya elmləri doktoru, professor Asif Hacılıdır.
"Şuşa: ədəbi-mədəni mühit” kitabında bu qədim şəhərin mədəni və ədəbi həyatının səciyyəvi xüsusiyyətlərindən, şuşalı ədiblərin və mədəniyyət xadimlərinin yaradıcılığından, Şuşa ədəbi-mədəni mühitinin milli mədəniyyətin inkişafına təsirindən, işğalın ağır nəticələrindən və 44 günlük müharibədəki tarixi zəfərdən sonra şəhərin mədəni mühitinin bərpasından bəhs edilir.
"İkinci Qarabağ müharibəsi və yeni geosiyasi reallıqlar” kitabının müəllifləri AVCİYA-nın eskperti, siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev və AVCİYA-nın üzvü, Leyden Universitetinin magistri Emin Sevdimalıyevdir.
Kitabda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin beynəlxalq-hüquqi əsasları, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin iflasa uğraması və İkinci Qarabağ müharibəsinin başlamasının səbəbləri araşdırılır.
Azərbaycan Silahlı Qüvvələrinin cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu dağmadağın edərək 30 ilə yaxın işğal altında olan əraziləri azad etməsi, müharibə dövründə Ermənistanın mülki əhaliyə qarşı ağır cinayətləri, Azərbaycan Silahlı Qüvvələrinin döyüşlərdə XXI əsr müharibələrinin taktikasını göstərməsi, Azərbaycanın qələbəsini ehtiva edən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın imzalanması ilə Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqlar, bölgə siyasi-hərbi və digər proseslərində Türkiyənin de-facto və de-yure iştirakı, Şuşa Bəyannaməsi və digər məsələlər təhlil edilir.
Kitab beynəlxalq münasibətlər, dünya siyasəti, politologiya, konfliktologiya üzrə mütəxəssislər və tədqiqatçılar üçün faydalı ola bilər. Kitab eyni zamanda qeyd edilən sahələr üzrə dərs vəsaiti kimi istifadə edilə bilər.
AVCİYA-nın "Şuşa İli”ndə gerçəkləşdirdiyi layihələr çərçivəsində işıq üzü görən dördüncü kitabı "Bizim Şuşa” (söhbətlər)” adlanır.
Kitaba Assosiasiyanın 1905.az portalının redaksiyasında cari təqvim ilində, 26 yanvardan 10 oktyabra kimi baş tutmuş söhbətlər daxil edilib. Şuşa ilə bağlı ən müxtəlif mövzuların onlarla mütəxəssisin iştirakı ilə müzakirəsinin materialları əsasında hazırlanmış bu nəşrintərtibçisi 1905.az portalının direktoru Fuad Babayevdir.
"Bizim Şuşa (söhbətlər)” kitabı AVCİYA-nın 1905.az portalının redaksiyasında 26 yanvar - 10 oktyabr 2022-ci ildə baş tutmuş söhbətlər silsiləsinin materialları əsasında tərtib edilib.
2022-ci il ərzində 1905.az portalının "Kvartet” rubrikasında dərc edilmiş söhbətlərdə Şuşa ilə bağlı ən müxtəlif mövzular onlarla mütəxəssisin iştirakı ilə müzakirə edilib.
Assosiasiyamızın "Şuşa İli”ndə gerçəkləşdirdiyi layihə əsasında hazırlanan bu kitablar geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
AVCİYA prezidenti Elxan Süleymanov həmçinin qeyd edib ki, assosiasiyamızda Şuşanın 270 illik tarixinin ən mühüm məqamlarından söhbət açacaq daha bir layihə üzərində iş gedir. Bu layihə çərçivəsində hazırlanan kitab-albom da bir neçə həftədən sonra oxucu auditoriyasında təqdim ediləcək.
Xəbər lenti
-
"Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil" - ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj
-
Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir
-
İdeoloji təxribatlara cığır açan tikanlı mövzu
-
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”
-
Strateji indikatorlar - MÖVQE
-
İrəvan Bakı ilə yola çıxır: TRIPP Ermənistanı Rusiyadan uzaqlaşdıracaq?
-
Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti
-
Zahid Oruc:” Dövlət qulluğuna namizədi eyni imtahana qaytarmaq bürokratik və maddi yükdür”...
-
Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH
-
“Hər şey “Vətən üçün” yox, “hər şey insan üçün” devizi günümüzün çağırışı olmalıdır” – Qüdrət Həsənquliyev
-
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
-
Beynəlxalq münasibətlər sisteminin diaqnozu
-
Rusiyadan Ermənistana yeni təzyiq kartı - miqrantların geri qaytarılması ehtimalı...
-
Sabitlik artıq dəbdən düşüb – TƏHLİL
-
Mesajların hökmranlığı
-
Süni zəka dövründə siyasi dialoqun strateji təyinatı - MÖVQE
-
“Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun”- Qüdrət Həsənquliyev
-
Əliyevin geosiyasi inqilabı və Trampa layiqli qiyməti - Zahid Oruc yazır…
-
Paşinyan eyni vaxtda üç stulda oturmaq istəyir: ABŞ pulu, Rusiya nefti, İran...
-
İsrail nəşri "David Seliverstov"dan, Əbilovun "Ajmedia" fırıldağından yazdı — Təfərrüat
-
Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı - RƏY
-
Üç şüar və bir köhnə refleks: Bakı – Moskva münasibətləri yeni sınaqda
-
“Özümü birbaşa efirdə öldürəcəyəm”-Panikada olan saxta “beynəlxalq hüquq müdafiəçisi” intihar şantajına keçdi - VİDEO
-
Paşinyan Köçəryanı həbs etdirdi, indi Putinin qarşısına çıxır - Gələn həftə Kremlin sahibi baş nazirdən hesab soracaq...
-
Novella Cəfəroğlu: “Davidi İsraildə də, Bakıda da məhkəməyə verəcəyəm” — VİDEOMÜSAHİBƏ
-
Potensial rəqibləri belə tərəfdaşlara çevirən strategiya - RƏY
-
SEPAH-dan İrəvanla gizli sövdələşmə
-
Tariximizin kimlərinsə əlində manipulyasiya alətinə çevrilməsinə imkan verməməliyik - RƏY
-
QƏLƏBƏYƏ GƏLƏN YOLUN QADIN SİMASI: MEHRİBAN ƏLİYEVANIN DÖVLƏTÇİLİK MİSSİYASI – Zahid Orucdan salnamə kimi məqalə
-
Demaqoqların ritorikası - MÖVQE
-
Siyasi həqiqətləri gizlədən suallar
-
Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi — EKSKLÜZİV
-
Bakıda peyda olan "beynəlxalq hüquq müdafiəçisi" David Seliverstov kimdir? – SENSASİON detallar
-
Paşinyan barədə sensasion iddia
-
Süni intellekt məhsulu olan müxtəlif formatlı materiallar emosional manipulyasiyalar üçün istifadə edilir - ŞƏRH
