Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün uyğun şərait yaradılmalıdır.
Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında bildirib.
Səfirin sözlərinə görə, Rusiya Azərbaycanla Ermənistanın sülh danışıqlarına başlamasına hər zaman dəstək verməyə hazırdır.
Diplomat, Azərbaycanın Ermənistana sülh danışıqlarına başlamaqla bağlı təklif irəli sürdüyünü də xatırladıb.