Logo

Ermənistan xarici işlər naziri Gürcüstana gedir

AXCTV.az - 29 Mart 2022 11:49

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Gürcüstana işgüzar səfər edəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, səfər çərçivəsində Ermənistan xarici işlər naziri Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Davit Zalkaliani ilə görüşlər keçirəcək.

Gürcüstan XİN-nin məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin geniş spektri və onların inkişaf perspektivləri müzakirə olunacaq.

Tərəflərin eyni zamanda, regiondakı çağırışlar və mühüm qlobal problemləri diqqət mərkəzində saxlayacağı qeyd olunub.
Səid Babazadə

Xəbər lenti

IMG