Logo

Paşinyanın Fransaya səfəri başlayıb

AXCTV.az - 9 Mart 2022 11:58

Ermənistan Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfər edib.

APA Ermənistan hökumətinin saytına istinadən xəbər verir ki, Paşinyan Parisdə Fransa lideri Emmanuel Makronla görüşəcək və “Ambisiyalar: Ermənistan-Fransa” forumuna qatılacaq.

Ermənistanın nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Ararat Mirzoyan, səhiyyə naziri Anait Avanesyan, ərazilərin idarəedilməsi və infrastruktur naziri Qnel Sanosyan və s. vəzifəli şəxslər daxildir.

Xəbər lenti

IMG