Logo

Rusiya XİN: Qərbin sanksiyalarına operativ cavab veriləcək

AXCTV.az - 9 Mart 2022 11:34

Moskvanın Qərbin sanksiyalarına cavabı operativ və həssas olacaq. Cavab tədbirləri üzərində iş bütün istiqamətlərdə gedir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq departamentinin direktoru Dmitri Birişevskiy bildirib.

Onun sözlərinə görə, iqtisadi cavab tədbirləri üzərində iş fasiləsiz, bütün istiqamətlərdə gedir və tu tədbirlər əsasən qeyri-ictimai xarakter daşıyır: “Lakin heç kəsin şübhəsi olmamalıdır ki, Rusiyanın sanksiyalara cavabı operativ, düşünülmüş və həssas olacaq”.

Rusiya XİN nümayəndəsi ölkəsinin cavab tədbirlərinin ticarət-maliyyə məhdudlaşdırılmalarına da aid olduğunu vurğulayıb.

Xəbər lenti

IMG