Logo

Çavuşoğlu Ceyhun Bayramova təşəkkür edib

AXCTV.az - 17 Fevral 2022 13:00

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür edib.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Çavuşoğlu COVID-19-a yoluxması ilə əlaqədar ona şəfa diləklərini yetirdiyi üçün Azərbaycan XİN başçısına təşəkkürünü çatdırıb.

“Dualarını bizdən əsirgəməyən azərbaycanlı qardaşlarıma da bu vəsilə ilə salam və sevgilərimi çatdırıram”, - türkiyəli nazir vurğulayıb.

Qeyd edək ki, ötən gün Mövlud Çavuşoğlunun koronavirus testi pozitiv çıxıb, onun Azərbaycana planlaşdırılan səfəri təxirə salınıb.

Xəbər lenti

IMG