Logo

Ərdoğan və Putinin telefon danışığı olacaq

AXCTV.az - 16 Fevral 2022 15:24

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olacaq.

Bunu Türkiyə dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərindən geri dönərkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, yeni müharibə bölgə üçün böyük fəsadlar törədə bilər və bu məsələni Putinlə bir daha telefon danışığı zamanı müzakirə edəcək.

Ərdoğan, həmçinin, əlavə edib ki, Vladimir Putinin müsbət cavab verdiyi halda Türkiyə üç liderin (Türkiyə, Rusiya və Ukrayna) görüşünü təşkil edə bilər.

Xəbər lenti

IMG