Logo

Ceyhun Bayramov moldovalı həmkarını mina problemi barədə məlumatlandırıb

AXCTV.az - 9 Fevral 2022 15:26

“Müzakirələr zamanı mina təhlükəsizliyinin Azərbaycan üçün vacibliyi, habelə mina qurbanları barədə moldovalı həmkarımı məlumatlandırdım”.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Moldova XİN başçısı tərəfindən bu barədə təşəbbüs irəli sürülüb.

“Moldova bu istiqamətdə Azərbaycana dəstək niyyətini ifadə etdi. Müvafiq tərəflər əlaqə yaradıb, bu sahədə işləyəcəklər”, - nazir vurğulayıb.

Xəbər lenti

IMG