Logo

Audiovizual Şuraya ödənişsiz istifadə hüququ verməyən platforma yayımçıları cərimələnəcək

AXCTV.az - 7 Mart 2023 19:26

Platforma və ya multipleks operatorunun fəaliyyətinin Audiovizual Şura tərəfindən monitorinqinin həyata keçirilməsi məqsədilə həmin operator tərəfindən Şuranın ödənişsiz istifadə hüququnun təmin edilməməsinə görə cərimə müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, platforma və ya multipleks operatorunun fəaliyyətinin Audiovizual Şura tərəfindən monitorinqinin həyata keçirilməsi məqsədilə həmin operator tərəfindən Şuranın ödənişsiz istifadə hüququnun təmin edilməməsinə görə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə ediləcəklər.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti

IMG